Azərbaycanlı ixtiraçı Gömrük İdarəsindən üzr istədi – TƏFƏRRÜATbackend

Azərbaycanlı ixtiraçı Gömrük İdarəsindən üzr istədi - TƏFƏRRÜAT

İstanbul Beynəlxalq İxtira Sərgisinin qaliblərindən biri, həmyerlimiz Ceyhun Xəlilov haqqın.az saytında gedən yazının bir hissəsinə görə Hava Nəqliyyatından Baş Gömrük İdarəsindən üzr istəyib.

KONKRET.az xəbər verir ki, o, bunu özünün facebook səhifəsində edib.

Həmin statusu təqdim edirik:

“Əziz dostlar, məqalənin sonunda kiçik bir anlaşılmazlıq olub. Belə ki, məhz gömrük əməkdaşları mənə Türkiyəyə gedə bilməyim üçün sənədləşmənin tez aparılmasına köməklik ediblər. Anlaşılmazlığa görə şəxsən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarından üzrxahlıq edirəm və qısa zamanda düzəlişin olması üçün gərəkəni edəcəm”.

Qeyd edək ki, həmin saytda bildirilirdi ki, gömrük məmurları ixtiraçını iki gün hava limanında saxlayıblar.

Yeri gəlmişkən, həmyerlimizin ixtira etdiyi cihaz 16 metrə qədər dərinlikdə dağıntılarda insan olub-olmadığını müəyyən edə bilir. Məhz Xəlilovun aparatı sayəsində Türkiyədə dağıntılar altından on dörd nəfər aşkar edilərək xilas edilib.

  • Hesen Sddıqov
    May 14, 2023 - 07:40

    Bu sözün tam mənasında Beynəlxalq Nobel mükafatına hökmən təqdim olunmalı böyük elmi nailiyyətdir.
    Uğurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*