Azərbaycanlı jurnalistdən Ərdoğana tarixi hədiyyə – FOTObackend

Azərbaycanlı jurnalistdən Ərdoğana tarixi hədiyyə - FOTO

Rəşad Nəsirov, əməkdar jurnalist

1918-ci ildə Qafqaz İslam Ordusu, canı və qanı bahasına Bakını və Azərbaycanın digər bölgələrini erməni daşnaklarından azad etməklə böyük şücayət nümayiş etdirdi. Bu Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının daha bir tarixi səhifəsi idi. Qəhrəman Türk qoşunları hərbi əməliyyatlarda 1130 şəhid verdi.

Hörmətli Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, illərdən bəri dədə-babalarım tərəfindən qorunub saxlanılan, Osmanlı əsgərinə məxsus xəncəri Sizə təqdim etmək istərdim. Namus, güvənlik, kişilik simvolu sayılan xəncər bu gün də rəmzi məna daşıyır. Mənfur qonşularımız “xəncər yarası sağalar, namus yarası sağalmaz” atalar sözünü unudub öz çirkin niyyətlərindən əl çəkmədi, illərdən bəri türkün torpaqlarına göz tikdi, lakin Azərbaycanın rəşadətli Ordusu Qarabağımızı azad etdi. Erməni faşistlərinin törətdikləri vəhşiliklər, torpaqlarımızın 20 faizinin işğalı və bütün bunlara dünya ictimaiyyətinin göz yumması və ya fikirlərini ikilli standartlarla ifadə etməsi bizi çox sarsıdırdı. Bu gün isə cümlə türk dünyası sevinc, gürur hissi keçirir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ən yeni tarixini öz dəsti–xətti ilə yazdı, özü də qızıl hərflərlə, şərəflə, ləyaqətlə. Biz Müzəffər Ordumuzla fəxr edirik!

Dünyada yaşayan azərbaycanlıların eyni anda keçirdiyi qələbə sevinci böyük türk xalqının tükənməz enerjisidir. Bu xalq bu gün türk dünyasının ən yüksək zirvələrindən biri sayılan Ağrı dağ kimi möhkəm və məğlubedilməz dayanıb. Ürəyimiz Qarabağla döyünür! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!

Başımın üstündə bayrağım,

Ayağım altında torpağım

Yaşa doğma Qarabağım

Vətənim mənim, ürəyim mənim.

 

Şəhidlik zirvəsinə ucaltdın bizi,

Şahidi olduq zəfərimizin,

Yeni səhifə açdın tariximizdə,

Yaşa doğma vətən Azərbaycanım,

Var ol, Müzəffər Ali Baş Komandanım.

 

Şuşanın sədası ucalmaqdadır,

Qarabağ torpağı oyanmaqdadır.

Vətən həsrətinə son dedik artıq,

Yaşa doğma vətən Azərbaycanım,

Var ol, Müzəffər Ali Baş Komandanım!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*