Azərbaycanlı taekvondoçular Avropa birinciliyində daha 2 medal qazandıbackend

Azərbaycanlı taekvondoçular Avropa birinciliyində daha 2 medal qazandı

Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi davam edir.

Taekvondo Federasiyasından KONKRET.az-a məlumata görə, Azərbaycan millisi yarışın ikinci günündə daha 2 medal qazanıb.

Komandamızın heyətində Mehdi Budaqlı dünya çempionatının ardınca qitə birinciliyində də fəxri kürsüyə yüksəlib. 33 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçu yarışa ispaniyalı Enol Peres üzərində qələbə ilə başlayıb. 1/4 finalda Evangelos Pantosu (Yunanıstan) da məğlub edən dünya çempionu yarımfinalda Dieqo Senesi (İtaliya) ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqib qalib gəldiyindən Budaqlı bürünc medala layiq görülüb.

Onun komanda yoldaşı Bahadur Dostuyev (49 kq) də fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Ardıcıl olaraq, Yahia Elaqami (Böyük Britaniya) və Asterios Fourkiotisu (Yunanıstan) yarışdan kənarlaşdıran təmsilçimiz finala gedən yolda Aristeidis Psarrosu (Yunanıstan) sınağa çəkib. Yarımfinalda rəqib üstün olduğundan Bahadur milliyə ikinci bürünc medalı qazandırıb.

Nəticədə 2 gündən sonra millinin aktivində 1 qızıl, 1 gümüş və 2 bürünc medal var. Avropa birinciliyinin ilk günündə Zəhra İsayeva (29 kq) çempion olub, Xuraman Cavadzadə (37 kq) ikinci yeri tutub.

Qeyd edək ki, yarışa noyabrın 28-də yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*