Azərbaycanlılara qarşı qəddarlıqda ad çıxarmış Manvel Qriqoryanın oğlunun güllələnməsini əks etdirən videosu yayılıbbackend

Azərbaycanlılara qarşı qəddarlıqda ad çıxarmış Manvel Qriqoryanın oğlunun güllələnməsini əks etdirən videosu yayılıb

“Sentyabrın 4-də Vağarşapat Polis İdarəsinə Arşaluys icmasına rəhbərlik uğrunda Yerevan-Armavir magistral yolunda iki gənc arasında sonu qanla bitən mübahisənin baş verdiyi barədə operativ məlumat daxil olub. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, baş verən hadisədə onlardan biri digərinə tapançadan atəş açıb və sonra qaçıb. Məlumatların həqiqiliyini yoxladıqdan sonra qısa müddət sonra Eçmiədzin şəhərində yaşayan 26 yaşlı şübhəli şəxsi tapılaraq xuliqanlıq hərəkətlərinə görə Vağarşapat polis bölməsinə gətirilib.

Şübhəlidən 9 mm diametrli tapança götürülüb. Onun üstündə həmçinin düyməli bıçaq aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, güllələnən şəxs erməni canisi, azərbaycanlılara qarşı qəddarlıqda ad çıxarmış Manvel Qriqoryanın oğludur.

F.TAHİROĞLU

 

Bir cavab yazın