Azərbaycanlıların soyqırımından 104 il ötür – VİDEObackend

Azərbaycanlıların soyqırımından 104 il ötür - VİDEO

Mart soyqırımının 104-cü ildönümü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təşkil olunan tədbirdə dövlət və hökümət rəsmiləri, diplomatik korpusun və dini konfessiyaların nümayəndələri iştirak ediblər.

KONKRET.azın şimal bürosu xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quba  şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüblər. Ardınca  Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub.

Tədbirdə çıxış edənlər ermənilərin törətdiyi soyqırım cinayətlərindən bəhs edərək, mənfur qonşularımızın Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəni irs nümunələrinə qənim kəsildiklərinə diqqət çəkiblər.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunmasl, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli işğaldan azad olunan ərazilərdə yerləşən mədəni irs nümunələrinə qarşı ermənilərin törətdiyi cinayətlərdən danışıb.

Tədbirdə həmçinin İşğaldan azad olunan ərazilərdə erməni vandalizminə məruz qalan məscid və mədrəsələrdən də söz açılıb.

Emin Kərimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*