Azərbaycanlının fotosundan istifadə edən afrikalı dələduzlar 50 milyon € (avro) qazanıblar.
KONKRET.az xəbər verir ki, Nigeriyadan olan bir qrup dələduz 2016-cı ildən bu yana yüzlərlə qadını aldadaraq pullarını ələ keçiriblər. Rusiyanın “HTB” kanalında yayımlanan “Za Qranyu” bir verilişini bu mövzuya həsr edib.
Afrikalı dələduz qrup azərbaycanlı kişinin fotosunu əldə edərək fotoşop vasitəsilə saxta pasport və digər sənədlər hazırlayıb insanları aldadıb, onların sayı dəqiq bilinməyən pullarını mənimsəyiblər.
Rusiyanın məşhur “Бурановские Бабушки” qrupunun solisti Anna Prokopyovanı da afrikalı fırıldaqçılar azərbaycanlının fotoları ilə aldadıblar. Qadın ah-nalə edib, insanları dələduzların toruna düşməməyə çağırıb.
Özünün icazəsi olmadan foto və videoları dələduzların əlinə düşərək yayımlanan azərbaycanlı Rəvan Bəşirov “HTB” kanalının “Za Qranyu” verlişinə dəvət alıb. Rəvan Bəşirov müəyyən səbəblərdən verilişdə iştirak edə bilməyib, lakin İtaliyanın məşhur tok-şousu ondan müsahibə götürüb.
Rəvan Bəşirov deyib ki, 2016-cı ildən bu dələduzlara görə onu narahat edirlər, aldadılan adamlar pullarını istəyirlər. Dünyanın müxtəlif yerlərindən, ölkələrindən yüzlərlə qadın şəkildəki “fransız oliqarxa” (əslində azərbaycanlının fotosuna) vurulub, aşiq olub, külli miqdarda pullar göndərib, borca düşüblər.
“İnsanlar aldadılıb, borc içində boğulurlar, pullarını geri almaq istəyənlər mənə zəng vurur, hətta gecə saat 3-də zəng vururlar. İcazə vermədiyim halda foto və videolarımı yayımlayıblar. Qadının (Anna Prokopyova) isə vəziyyəti daha acınacaqlıdır. On minlərlə bllinən borcu var”, -deyə Rəvan Bəşirov bildirib.
Qeyd edək ki, Rəvan Bəşirov “Xəzər Lənkəran” FK-da vitse-prezident olub. Bu məlumatları o, öz Facebook səhifəsində də paylaşıb.
Verilişdən həmin süjeti təqdim edirik.
Xuraman Etibarlı,
KONKRET.az

