“Azərterminalkompleks”in rəhbərliyinə müvəqqəti TƏYİNAT OLUBbackend

“Azərterminalkompleks”in rəhbərliyinə müvəqqəti TƏYİNAT OLUB

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq general-mayor Kənan Aşurluya həvalə olunub.

KONKRET.az xəbər verir ki, bunu “Report”a Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib.

Onun sözlərinə görə, bununla bağlı Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, K.Aşurlu həm də “Azərterminalkompleks”in direktor müavini təyin edilib. Xatırlaq ki, o, 2019-cu ilin sonuna qədər Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*