Azovda azərbaycanlıların da olduğu gəmidəki yanğın söndürüldü – ÖLƏN VAR / YENİLƏNİBbackend

Azovda azərbaycanlıların da olduğu gəmidəki yanğın söndürüldü - ÖLƏN VAR / YENİLƏNİB

Azov dənizindəki Temryuk limanının sularında quru yük gəmisində baş verən yanğın söndürülüb.

KONKRET.az xəbər verir ki, yanğın gəminin heyəti tərəfindən söndürülüb.

“İstintaq orqanları hadisə yerində işləyir. Ehtimal olunur ki, bir nəfər ölüb”, – “İnterfaks”a açıqlamada deyilib.

Qeyd edilib ki, yanğından ətraf mühitə heç bir ziyan dəyməyib.

Yük gəmisinin göyərtəsində taxıl məhsulları olub.

18:32

Azov dənizindəki Temryuk limanının sularında quru yük gəmisində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks”a liman xidmətlərindəki mənbə bildirib.

Zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.

Türkiyəyə məxsus “Aqua” karqo gəmisində Hindistan, Azərbaycan və Türkiyədən olan 13 nəfər var.

İlkin məlumatlara görə, təyyarədə taxıl bitkiləri yükü olub. Yük gəmisi Vanuatu bayrağı altında üzüb.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*