Azov dənizindəki yanğın olan gəmidə azərbaycanlı varmı? – AÇIQLAMAbackend

Azov dənizindəki yanğın olan gəmidə azərbaycanlı varmı? - AÇIQLAMA

Xarici İşlər Nazirliyi Krasnodar diyarının Temryuk limanı yaxınlığında gəmidə baş verən yanğında orada azərbaycanlıların olması barədə xəbərlərə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, qurumun mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Oxu.az-a bildirib ki, ilkin məlumata görə yanğın baş verən gəmidə azərbaycanlı olmayıb.

Qeyd edək ki, ötən gün Krasnodar diyarının Temryuk limanı yaxınlığında gəmidə yanğın baş verib.

Cənub Federal Dairəsinin fövqəladə hallar xidmətindən bildirilib ki, insident nəticəsində bir nəfər ölüb. Türkiyəyə məxsus “Aqua” karqo gəmisində Hindistan, Azərbaycan və Türkiyədən olan 13 nəfərin olduğu bildirilmişdi.

  • Şahin
    May 12, 2022 - 01:19

    Azərbaycan vətəndaşı var men ele 2 sin tanıyıram

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*