“AzParking”də yeni narazılıq: 10 dəqiqəyə ikiqat ödəniş alınır?backend

“AzParking”də yeni narazılıq: 10 dəqiqəyə ikiqat ödəniş alınır?

Bakıda parklanma sistemi ilə bağlı narazılıqlar səngimək bilmir. Vətəndaşlar tez-tez ödənişlərin düzgün hesablanmaması, sistemdə texniki problemlər və balansdan artıq məbləğin çıxılması ilə bağlı şikayətlər səsləndirirlər. Bu dəfə oxşar problemlə jurnalist Xalid Kazımlı üzləşib.

KONKRET.az xəbər verir ki, jurnalist Xalid Kazımlı bildirib ki, bu gün saat 13:00-da Nəsimi “voenkomatı”nın yanında maşınını park edib, “Azparking”ə SMS göndərib. Təxminən 10 dəqiqə sonra geri qayıdaraq “SON” yazıb çıxıb.

Amma sonradan məlum olub ki, sistem “SON” mesajını qeydə alsa da, parklanmanı növbəti saata keçirib və əlavə ödəniş çıxıb.

Etiraz olaraq “Haramınız olsun” mesajı göndərən jurnalistə sistemdən “Göndərdiyiniz sorğu yanlışdır” cavabı gəlib.

“Hər gün nəsə bir fırıldaq görürük. Əlində ülgüclə xalqın cibini kəsmək uğrunda yarış gedir…” – deyə Xalid Kazımlı paylaşımında vurğulayıb.

Natiq Səlim
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*