“Aztelekom” telekommunikasiya şirkəti iddialarla bağlı açıqlama yayıb.
Qurumdan KONKRET.az-a daxil olan açıqlamada deyilir:
“Müxtəlif kütləvi informasiya vasitələrində hüquq mühafizə orqanları tərəfindən “Aztelekom” MMC-də iki şəxsin həbs edilməsi barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, “Aztelekom” MMC-yə hüquq mühafizə orqanları tərəfindən mövzu ilə əlaqədar hər hansı sorgu, məlumat və s. daxil olmayıb. Bu kimi təsdiqini tapmayan məlumatların hansı səbəblərdən kütləvi informasiya vasitələrinə sızdırılması “Aztelekom” tərəfindən araşdırılır.
