Badamdardakı sürüşmə ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Badamdardakı sürüşmə ilə bağlı RƏSMİ AÇIQLAMA

Dünən axşam saatlarında Bakının Səbail rayonu ərazisində, Badamdar şossesində torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində bir iaşə xidməti obyekti və iki fərdi yaşayış evi zərər görüb.

KONKRET.az xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, “Ərazidə 3 min yaşayış evi var. Lakin kanalizasiya xətti mövcud deyil. Bu səbəbdən də evlərdə istifadə edilən su yerə sızdırılır və beləliklə sürüşmə təhlükəsi yaranır. Elxan Əsədov qeyd edib ki, ərazidə bir neçə dəfə sürüşmə baş verib.

Artıq Yaponiyadan mütəxəssislər dəvət olunub və ərazidə 3 ədəd 30 metr dərinliyində drenaj quyuları qazılıb. Bu quyular yeraltı suları yığmaq üçün qoyulub. Ərazidə istinad divarları tikilib ki, bunun nəticəsində bir çox evləri sürüşmə təhlükəsindən qoruya bilmişik”. FHN rəsmisi onu da qeyd edib ki, Xəzərdə axşam saatlarında 4,5 bal gücündə baş verən zəlzələ sürüşməni daha da aktivləşdirib. Hadisə ilə bağlı danışan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə bildirib ki, sürüşmə baş verən ərazidə vəziyyətə nəzarət etmək üçün tədbirlər planı hazırlanıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*