Bakı-Ağstafa dəmir yolu xəttində sel təhlükəsibackend

Bakı-Ağstafa dəmir yolu xəttində sel təhlükəsi 

Bakı-Ağstafa dəmir yolu xəttinin Zazalı-Dəlimməmədli mənzilində sel təhlükəsi yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, son günlər yağan güclü yağışdan sonra sel nəticəsində çaylar öz məcrasından çıxaraq dəmir yolunun ətrafına qədər çatıb. Hərəkətin təhlükəsizliyi və fasiləsizliyin təmin edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvə səfərbər olunub. Suyun istiqaməti dəyişdirilərək dəmir yolları sel sularından mühafizə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*