Bakı-Bişkek-Bakı marşrutu üzrə biletlərin satışına başlanıldıbackend

Bakı-Bişkek-Bakı marşrutu üzrə biletlərin satışına başlanıldı

İyulun 15-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Qırğızıstanın paytaxtına və əks istiqamətdə reyslər həyata keçirməyə başlayacaq.

Bu barədə KONKRET.az-a AZAL-ın mətbuat xidmətindən bildirilib.

Bakı-Bişkek marşrutu üzrə uçuşlar aviaşirkət tərəfindən həftədə bir dəfə – şənbə günləri həyata keçiriləcək.

“Bakı-Bişkek-Bakı marşrutu üzrə reysin icra olunması Azərbaycan və Qırğızıstan arasında turizm və işgüzar səfərlər üçün sərnişinlərin imkanlarını genişləndirəcək, eyni zamanda Bakının tranzit potensialının inkişafına töhfə verəcək”, – məlumatda deyilir.

AZAL-ın reyslərinə biletləri artıq rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin mobil tətbiqi vasitəsilə əldə etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*