Bakı, Gəncə və bir neçə rayonda qaz olmayacaqbackend

Bakı, Gəncə və bir neçə rayonda qaz olmayacaq

Bu gün saat 09:00-dan 18:00-a qədər aşkar edilmiş qaz sızmalarının ləğvi məqsədilə Gəncə şəhərinin bir hissəsi, Göygöl və Samux rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılıb.

Konkret.az bildirir ki, “Azəriqaz” İstehsalat Birliyindən AZXEBER.COM-a verilən məlumata görə, bundan başqa saat 09:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Mərdəkan Bağlar yaşayış sahəsi, Mərdəkan yeni yaşayış massivi, “Stansiya Qala” adlanan yerdə də qaz verilişində fasilələr başlayıb.

Bu zaman “Qaz İxrac” İdarəsinin “Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərinin bir hissəsi dayaqlar üzərinə qaldırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*