Bakı-İstanbul reysi yola düşdü – YENİLƏNİBbackend

Bakı-İstanbul reysi yola düşdü - YENİLƏNİB

Bakı-İstanbul marşrutu üzrə təxirə salınan hər üç reysin sərnişinləri təyinat hava limanına AZAL-ın ən böyük geniş füzelyajlı təyyarəsi olan “Airbus A340” ilə yola düşüblər.

Bu barədə KONKRET.az-a AZAL-dan məlumat verilib.

Qeyd olunub ki, AZAL-ın İstanbul-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərinin sərnişinləri eyni təyyarə ilə Bakıya qayıdacaqlar.

Xatırladaq ki, güclü qar yağması səbəbindən İstanbul hava limanı fəaliyyətini dayandırmış, AZAL-ın bir neçə reysi gecikmiş və təxirə salınmışdı.

***

 14:27
Həm Bakı-İstanbul, həm də İstanbul-Bakı marşrutu üzrə AZAL-ın bütün planlaşdırılmış reyslərinin bu gün günün birinci yarısında bərpası mümkün olmadı.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yollarının (AZAL) mətbuat katibi Paşa Kəsəmənski bildirib.

“İstanbulda olan qarlı hava şəratinə görə uçuşlar bərpa edilmədi. Gün ərzində hava şəratindən asılı olaraq reyslərin bərpası nəzərdə tutulur. Bu haqda xəbər olarsa, ictimaiyyətə elan edəcəyik”, – deyə o qeyd edib.

Xatırladaq ki, ötən gün AZAL İstanbulda reyslərin bu gün günorta saatlarına qədər bərpa edilə biləcəyi haqda məlumat yaymışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*