Bakı metrosunda tüstülənmə – Sərnişinlər düşürüldübackend

Bakı metrosunda tüstülənmə - Sərnişinlər düşürüldü

Bakı metropoliteninin “28 May” stansiyasında qatarların hərəkətində fasilə yaranıb.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, sərnişinlərin verdiyi məlumata görə, buna səbəb stansiyada hərəkət etmək istəyən qatarda tüstülənmənin baş verməsi olub.

Edilən anonsun ardından sərnişinlər vaqonlardan düşürülüblər.

Bildirilir ki, tüstülənmə yeni nəsil qatarda baş verib.

“Bakı Metropoliteni” QSC-dən məlumat verilib ki, saat 22:58-də qatarın idarəetmə panelində texniki nasazlıq qeydə alınıb:

“28 May” stansiyasında sərnişinlər düşürülüb və qatar “Nizami” stansiyasından texniki baxış üçün “Nərimanov” elektrik deposuna göndərilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*