“Bakı üçün çox darıxmışam” – Yekaterina Berozovskayabackend

“Bakı üçün çox darıxmışam” - Yekaterina Berozovskaya

“Yeni il atəşfəşanlığı, yeni il hay-küyü və bir də Xəzər dənizinin dalğalarının pıçıltısı üçün çox darıxmışam. Məmnuniyyətlə gözəl Bakıda gəzər, dəniz havasını ciyərlərimə çəkər və dənizin səsinə qulaq asardım. İnanılmaz dərəcədə darıxıram. Ən gözəl və qonaqpərvər şəhərlərdən biri olan bu şəhərlə görüşməyi səbirsizliklə gözləyirəm”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Rossiya-1” telekanalının aparıcısı Yekaterina Berozovskaya deyib.

O əlavə edib ki, bu il Yeni ili pandemiya səbəbindən evdə məhdud insanlarla qeyd edib. Yeni il ənənələrinə gəldikdə isə aparıcı bildirib: “Kostyanın (əri) nənəsindən və babasından gələn bir ənənəmiz var: zənglərin müşayiəti altında arzular yazmaq, şam yandırmaq, şampan partlatmaq və içmək. Qaydalara uyğun olaraq hər şeyi bir dəstə kağıza, bir-birinin üstünə yazıram – tam zövqsüz. Əvvəllər bütün istəklərim bir karyera ilə bağlı idi. İndi isə özümün və yaxınlarımın sağlamlığı ilə əlaqəlidir”.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*