Bakı və Xırdalanda 3 nəfəri maşın vuraraq öldürdübackend

Bakı və Xırdalanda 3 nəfəri maşın vuraraq öldürdü

Bakı və Xırdalanda 3 nəfəri maşın vuraraq öldürüb.

KONKRET.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 11-də saat 22 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini E.Rəhimov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb.

Bundan başqa avqustun 11-də saat 4 radələrində Xırdalan şəhəri ərazisində şəhər sakini M.Kazımov idarə etdiyi “Mazda” markalı avtomobillə yolu keçən Hökməli qəsəbə sakini Eldəniz Rüstəmovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.  

Elə həmin gün saat 22 radələrində Xırdalan şəhəri ərazisində yerləşən avtobus qarajında, orada işləyən Şəki şəhər sakini E.Bədəlov idarə etdiyi “Daewoo” markalı avtobusu arxaya verərkən iş yoldaşı, şəhər sakini Təbriz Həsənovu vurub. Xəsarət alan T.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.

Hər üç faktla bağlı araşdırma aparılır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*