Bakıda 1 kvadratı 25 minə torpaq satılır – VİDEObackend

Bakıda 1 kvadratı 25 minə torpaq satılır - VİDEO

Paytaxtın bəzi küçələrində torpaq sahələri kvadratmetrlə satılır. Bu zərurətin yaranmasının bir səbəbi son zamanlar tikintiyə nəzarət tədbirlərinin gücləndirilməsidirsə, digər səbəbi boş sahələrin sürətlə azalmasıdır. Belə torpaq sahələrinin ölçüləri az olduğundan yaşayış kompleksi üçün müvafiq normalara cavab vermir. Tələblərə əsasən yaşayış binalarında vətəndaş üçün parkinq, istirahət zonası, uşaqlar üçün əyləncə yerləri təşkil edilməlidir. Bu tələblər qarşılanmadığından xüsusilə də mərkəzi ərazilərdə kiçik torpaq sahələrindən kommersiya xarakterli iaşə obyektləri üçün istifadə edilir.

Son bir neçə aydır ki, tələbatın artması, o cümlədən Bakının memarlıq üslubunun qorunması üçün qoyulan tələblər torpaq bazarına da təsirsiz ötüşməyib. Bəzi ərazilərdə 4-5 kvadratmetrlik boş sahəyə təklif edilən pulla asanlıqla1 mənzil almaq mümkündür.

Əmlak məsələləri üzrə ekspertlər bildirir ki, kiçik torpaq sahələrində tikilən qarajsız və vətəndaşların rahatlığını təmin etməyən binaların tikintisinə artıq icazə verilmir. Nəzarət tədbirlərinin gücləndirilməsində əsas məqsəd vətəndaşın rahatlığını təmin etməkdir. Bununla da boş ərazilərdə daha çox kiçik kommersiya obyektlərinin inşası həyata keçirilir.

Ekspertin sözlərinə görə, son illərin tendensiyası onu göstərir ki, artıq mərkəzi ərazilərdə yaşayış obyektləri yerinə iaşə obyektlərinə sərmayə qoyuluşuna maraq artmaqdadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*