Bakıda ağır qəza: Gənc qızı maşın vurdu – FOTO + YENİLƏNİBbackend

Bakıda ağır qəza: Gənc qızı maşın vurdu - FOTO + YENİLƏNİB

Bakıda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə “Mətbuat” prospektində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 17 yaşlı gənc qızı “Kia Rio” markalı avtomobil vurub.

Nəticədə piyada ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

TƏBİB-in mətbuat katibi Zamirə Ədilova KONKRET.az-a açıqlamasında bildirib ki, piyada açıq kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda koma vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*