Bakıda ağır qəza, ölən və xəsarət alanlar var – VİDEObackend

Bakıda ağır qəza, ölən və xəsarət alanlar var - VİDEO

Bakıda ağır yol qəzası baş verib.

KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 15:30 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində – Şəhər şossesində “VAZ 2107” markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən 55 yaşlı qadın hadisə yerində ölüb. Daha 3 nəfər isə ağır xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*