Bakıda ağır yol qəzasında yaralanan və ölənlər Tibb Universitetinin tələbələridir – FOTOLAR – YENİLƏNİBbackend

Bakıda ağır yol qəzasında yaralanan və ölənlər Tibb Universitetinin tələbələridir - FOTOLAR - YENİLƏNİB

Azərbaycan Tibb Universitetinin (ATU) üç tələbəsi Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

“Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi – Tuncay Məmmədov, Sahil Əlirzayev və Yeganə Məmmədova həlak olublar. Digər tələbəmiz İlkin Ağamirzəyev isə ağır yaralanıb.

Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVID-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar”, – ATU-dan bildirilib.

***

09:05
Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 3 nəfər ölüb və 1 nəfər ağır xəsarət alıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Məmmədov Tuncay Aslan oğlu idarəetməsində olan “BMW” markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.

Yağışlı hava şəraiti zamanı yolun sürüşkən olması səbəbində avtomobil marketin ikinci mərtəbəsinin üst divarına çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər Tahir Əlirzayev  və Yeganə Məmmədova hadisə yerində ölüb. Əraziyə cəlb olunan təcili tibbi yardım vasitəsi ilə sürücü T.Məmmədov və digər sərnişin 1999-cu il təvəllüdlü İlkin Ağamirzəyev 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Tuncay Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İ.Ağamirzəyevin vəziyyəti isə ağırdır.

Qeyd edək ki, yaralanan və ölən 3 nəfər FHN-in Modul Tipli Tibb Mərkəzində tibb işçiləri kimi fəaliyyət göstəriblər. Onlar, həmçinin, Tibb universitetinin tələbələridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*