Bakıda avtobus qəzaya uğradıbackend

Bakıda avtobus qəzaya uğradı

Bakıda sərnişin avtobusu qəza törədib. 

KONKRET.az xəbər verir ki, hadisə 6-cı mikrorayon ərazisində baş verib. Qəza nəticəsində ərazidəki müşahidə kameralarının yerləşdiyi dirək zədələnib.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, yol-nəqliyyat hadisəsi Vətən şirkətinin istismarında olan 26 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TF 897 DQN-lı avtobusun iştirakı ilə baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*