backend

Bakıda belə yol polisi görmüsünüzmü?- VİDEO

Bakı şəhərinin ən bala yol polisi məlum olub.

KONKRET.az paytaxtın Şəfayət Mehdiyev 323 küçəsində maraqlı görüntüləri lentə alıb. Balaca Hüseyn İslamzadənin yol hərəkətini tənzimlənməsi ətrafda olan hər kəsin marağına səbəb olub.

Hüseynin nənəsinin dediyinə görə, onun yol polisi peşəsinə hədsiz marağı var. Bunu görən yol polisi əməkdaşları Hüseyn üçün bala uniforma da tikdiriblər.

Nənənin bildirdiyinə görə, hər gün bağçaya bu formada gedib-gələn balaca şəhərin müxtəlif yerlərində  “yol polisliyi” edir, hərəkəti tənzimləyir.

KONKRET.az-ın kollektivi ümid edir ki, balaca Hüseyn böyüyüb layiqli yol polisi əməkdaşı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*