Bakıda bir ailənin üç uşağı dənizdə boğuldu – Biri xilas edildibackend

Bakıda bir ailənin üç uşağı dənizdə boğuldu - Biri xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Vətəndaş – 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilas olunub ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti isə sahildə aşkar edilib.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş – 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun axtarışları davam etdirilir.

Qeyd edək ki, bədbəxt hadisə ilə üzləşənlər bir ailənin üzvləri, bacı-qardaşdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*