Bakıda bu ekspres avtobusun hərəkəti dəyişdirildibackend

Bakıda bu ekspres avtobusun hərəkəti dəyişdirildi

Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.

KONKRET.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Belə ki, metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası” və “Nizami” stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar “Nizami”metrostansiyasından keçəcək və aralıq dayanacaq olaraq burada saxlayacaq.

Ekspres marşrut xətti uzadılaraq son dayanacaq məntəqəsi “Koroğlu” metrostansiyası təyin ediləcək. Bununla da M6 nömrəli ekspres marşrutu “Koroğlu”, “Gənclik”, “Nizami” və “Elmlər Akademiyası” stansiyalarını əlaqələndirəcək.

  • Rutəb
    Avqust 23, 2026 - 07:02

    Yenə də ən azı 3 marşrut dəyişməli oluruq. Geri qayıtmaqla 6 marşrut. Özü də qiyməti 0.65m Hamısı Koroğludan, ya Ulduzdan keçsəydi bir az sıxlıq azalardı. Sentyabrdan dərslər də başlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*