Bakıda mənzil bazarında son vəziyyət açıqlanıb.
KONKRET.az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) Trend-ə verilən məlumata görə, mənzil bazarında qiymət artımları müşahidə olunub.
Oktyabr ayında bağ evlərinə tələb azalsa da, fərdi həyət evlərinə tələbin artması müşahidə olunub. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.3 faiz qiymət artımı qeydə alınıb.
