Bakıda karqo şirkətlərindən birinin ofisinə hücum etməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
“Vətəndaş F.Ələşrəfzadə martın 19-da Nəsimi rayonu ərazisində yerləşən ofislərin birində ona naməlum şəxs tərəfindən fiziki zor tətbiq edilməsi barədə polisə müraciət edib. Daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı alınıb”, – məlumatda deyilir.
Vurğulanıb ki, hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır: “Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək”.