Bakıda çoxmərtəbəli binanın lifti qırıldı – Yaralılar varbackend

Bakıda çoxmərtəbəli binanın lifti qırıldı - Yaralılar var

Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.

KONKRET.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*