Bakıda daha 12 nəfər spirtli içkidən zəhərlənibbackend

Bakıda daha 12 nəfər spirtli içkidən zəhərlənib

“Bayram günlərində Kliniki Tibbi Mərkəzə spirtli içkilərlə əlaqədar 12 nəfər müraciət edib”.

KONKRET.AZ xəbər verir ki, bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, onlardan 2 nəfəri xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağır olmadığına görə bir günə evə buraxılıblar.

4 nəfər isə dərmanların kənar təsiri nəticəsində yaranan allergik reaksiyalara görə xəstəxanaya qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*