Bakının ən böyük istirahət mərkəzlərindən biri olan “Dalga beach”da karantin qaydaları pozulub.
KONKRET.az xəbər verir ki, istirahət mərkəzində onlarla insanın toplaşdığı məkanda konsert verilib, əyləncə təşkil edilib.
Belə ki, hovuzda olan insanların sosial məsafə və digər qaydalara riayət etməməsi videogörüntülərdə əks olunub.
