Bakıda gəmidə partlayış: 3 neftçi yandı – ADLARbackend

Bakıda gəmidə partlayış: 3 neftçi yandı - ADLAR

Azərbaycan neft şirkətinə məxsus gəmidə yanğın baş verib.

KONKRET.AZ “Unikal.org”a isitinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra Mərkəzi Nefçilər xəstəxanasına göndəriliblər.

Yaralıların adları:

1983-ci il təvəllüdlü Azər Vəliyev,

1992-ci il təvəllüdlü Böyükağa Xəlilov,

1989-cu il təvəllüdlü  Paşayev Bəhruz

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Unikal.org”a açıqlamasında hadisəni təsdiqləyib. Bildirib ki, hadisə nəticəsində SOCAR-ın 3 əməkdaşı xəsarət alıb və gəmi isə başqa şirkətə məxsus olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*