Bakıda ölüm hadisəsi baş verib.
KONKRET.AZ xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Rayon sakini, 1993-cü il təvəllüdlü Quliyev Xəyal Rasim oğlunun meyiti yaşadığı ünvanda aşkarlanıb.
X. Quliyevin meyitinin ilkin müayinəsi zamanı onun narkotik vasitədən zəhərlənərək öldüyü məlum olub.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
