Bakıda hotel yanır – YENİLƏNİB + VİDEObackend

Bakıda hotel yanır - YENİLƏNİB + VİDEO

Bakının Nəsimi rayonu, “Mərdanov qardaşları” küçəsində yerləşən üçmərtəbəli hotelin birinci mərtəbəsində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğın yerinə cəlb olunublar.

İlkin məlumata əsasən, yanğın hotelin birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasından başlayıb. Tüstü bacasında yağ qalıqları yanıb. Yanğının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

FHN-dən verilən məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Obyekt yanğından mühafizə olunub.Qafqazinfo

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*