Bakıda içkiləri ölümə səbəb olan şəxs saxlanıldıbackend

Bakıda içkiləri ölümə səbəb olan şəxs saxlanıldı

Bakıda zəhərlənərək ölən şəxsin spirtli içkini haradan aldığı məlum olub.

KONKRET.AZ xəbər verir ki, araşdırma zamanı dünyasını dəyişmiş Yusif Hüseynovun spirtli içkini 8-ci kilometr bazarında topdan satış mağazasından aldığı müəyyən edilib.

Daha sonra spirtli içkini satan mağazanın sahibi Səlim Seyidov saxlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Y.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. Onun spirtli içkidən zəhərlənərək öldüyü məlum olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*