Bakıda iki avtomobil toqquşdu – Yaralılar varbackend

Bakıda iki avtomobil toqquşdu - Yaralılar var 

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

KONKRET.az Apa-ya istinadən xəbər verir ki, hadisə Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

“BMW” markalı avtomobili idarə edən sürücü ara məsafəsini gözləmədiyi üçün nəqliyyat vasitəsini kəsişmədə olan “Hyundai” markalı maşına çırpıb.

Zərbə güclü olduğundan “BMW”də olan sərnişin xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*