Bakıda intihara cəhdin qarşısı alındıbackend

Bakıda intihara cəhdin qarşısı alındı

Bakıda intihara cəhd hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, bu barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*