Bakının Nizami rayonunda çalışdıqları marketdən elektrik naqilləri oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb.
KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində marketdən ümumi dəyəri 6612 manat olan elektrik naqillərini oğurlamaqda şübhəli bilinən 47 yaşlı C.Hüseynzadə, 33 yaşlı E.Hüseynov və həmyaşıdı Ə.Məmmədov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər əvvəllər marketin anbarında işləyiblər. Onlar oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
