Bakıda məmur evini 15 milyona satışa çıxardı – FOTObackend

Bakıda məmur evini 15 milyona satışa çıxardı - FOTO

Nəsimi rayonu, Tbilisi prospektinə yaxın ərazidə fantastik qiymətə villa satışa çıxarılıb. 

Əzəmətli ev Həsən Əliyev küçəsində yerləşir. 36 sot torpaq sahəsi olan villa 2 mərtəbə, 10 otaqdan ibarətdir.

Şəhərin mərkəzində yerləşən villa fantastik qiymətə – 15 milyon manata təqdim olunub.

Satıcı 1500 kv.m mülkün yüksək keyfiyyətli materiallar tikildiyini və dəyərli əşyalarla təchiz olunduğunu bilirir. Villada ayrıca iş otaqları və əlavə qapalı hovuz da mövcuddur.

Klassik üslubda inşa edilən villanın ətrafında məktəb, bağça və özəl xəstəxanalar, iri market şəbəkələri də fəaliyyət göstərir. KONKRET.az xəbər verir ki, “Yeni Sabah” dəbdəbəli mənzilin sahibinin kimliyini öyərənə bilib. Məlum olub ki, 1500 kv.m mülkün sahibi sabiq məmurlardan biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*