Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hərbi-siyasi rəhbərliyinin Rusiya tərəfindən həyata keçirilən hücumlara qarşı cavab tədbirləri hazırladığını bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna lideri məlumat verib.
O, Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Pokladın Rusiya zərbələrinə cavab olaraq fəal əməliyyatların hazırlığı ilə bağlı məruzə dinlədiyini qeyd edib.
“Cavab tədbirlərinin coğrafiyası müəyyənləşdirilib. Vaxt elə seçiləcək ki, maksimum nəticə əldə olunsun”, – deyə Ukrayna prezidenti bildirib.
Natiq Səlim,
KONKRET.az
