Hər kəsin “Şəfa” stadionu kimi tanıdığı, indiki “ASK Arena”nın sökülüb və satılacağı barədə məlumatlar dolaşırdı.
KONKRET.az bildirir ki, News24.az stadionun sahibi “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, heç bir satışdan və söküntüdən söhbət gedə bilməz. Stadion öz təyinatı üzrə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, stadion barəsində müxtəlif fikirlər irəli sürülürdü. Hətta stadionun sökülüb, yerində plazaların tikiləcəyi deyilirdi.
Hazırda “ASK Arena”da Azərbaycan Premyer Liqasında çıxış edən bəzi klubların əvəzedici komandaları və 1-2-ci Liqaların klublarının ev oyunları keçirilir.