Bakıda ödənişli xidmətlərin dəyəri artıbbackend

Bakıda ödənişli xidmətlərin dəyəri artıb

Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,1% artaraq 2 milyard 156,5 milyon manat olub.

Bu barədə KONKRET.az-a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, hüquqi şəxslər əhaliyə 1 milyard 762,9 milyon manatlıq xidmət göstərib. Bu da xidmətlərin ümumi dəyərinin 81,8%-ini təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*