Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Xətai rayonu, Gəncə prospektində yerləşən parkın ərazisində baş verən hadisə ilə bağlı açıqlama yayıb.
Agentlikdən KONKRET.az-a verilən məlumata görə, parkda suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil.
***
Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.
Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üstünə düşüb.
İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.
