Bakıda ölüm hadisəsi baş verib.
KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu Zərdabi küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1965-ci il təvəllüdlü Məmmədova Mehriban Fərrux qızı (54 yaş) qəbul etdiyi narkotikin təsirindən hamamda ölüb.
Onun meyiti yaxınları tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
