Bakıda qadından “maraqlı” oğurluq: Satıcını belə aldatdı – VİDEObackend

Bakıda qadından “maraqlı” oğurluq: Satıcını belə aldatdı – VİDEO

Bakıda aptekdə oğurluq hadisəsi baş verib.

İnsident dünən günorta saatlarında Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Şövkət Məmmədova küçəsində şadlıq sarayın birinci mərtəbəsində yerləşən aptekə daxil olan qadın əczaçıdan bir neçə dərman istəyib. Onun başını qatan “müştəri” piştaxtanın üzərinə qoyulan qutuları çantasına atıb. Ardınca əczaçının diqqətindən yayınan qadın çantasında olan boş qutuları götürdükləri ilə əvəz edib.

Bundan sonra isə “müştəri” dərhal apteki tərk edib.

Aptek sahibinin sözlərinə görə, oğurlanan dərmanlar ümumilikdə 40-45 manat dəyərində olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*