Finlandiya məxsus Dornier 228-212 tipli patrul təyyarəsi Rusiyanın dəniz sərhədi yaxınlığında müşahidə uçuşu həyata keçirib.
KONKRET.az xəbər verir ki, “Flightradar24” uçuş izləmə platformasının qeydlərində təyyarənin Moskva vaxtı ilə saat 14:37-də Turku hava limanından havaya qalxdığı və Finlandiya sahili boyunca şərq istiqamətində hərəkət etdiyi görünür.
Təyyarə Rusiya dəniz sərhədinə yaxınlaşdıqdan sonra istiqamətini dəyişərək qərbə doğru uçuşunu davam etdirib. Daha sonra Finlandiyanın ərazi suları ilə beynəlxalq suları ayıran xətt boyunca hərəkət edib.
Qeyd edək ki, Dornier 228-212 Finlandiya tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi və dəniz ərazilərinin müşahidəsi məqsədilə istifadə olunur.
