Moskvaya hücum cəhdi: şəhər meri məlumat yaydıbackend

Moskvaya hücum cəhdi: şəhər meri məlumat yaydı

Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları ilə hücum cəhdi davam edir.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “MAX” messencerindəki kanalında məlumat yayıb.

Hava hücumundan müdafiə qüvvələri şəhərə doğru hərəkət edən daha 10 PUA-nı zərərsizləşdirib.

Merin sözlərinə görə, vurulan pilotsuz aparatların qalıqlarının düşdüyü ərazilərə təcili xidmət əməkdaşları cəlb olunub. Bununla da onun açıqlamalarına əsasən, axşam saatlarında Moskva istiqamətində məhv edilən dronların sayı 14-ə çatıb.

Hava hücumları fonunda paytaxtın Vnukovo hava limanında da məhdudiyyətlər tətbiq edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində aeroport təyyarələri müvafiq qurumlarla razılaşdırılmış şəkildə qəbul etməyə və yola salmağa başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*