ABŞ aviasiyasını iflic edən nasazlığın səbəbi açıqlandıbackend

ABŞ aviasiyasını iflic edən nasazlığın səbəbi açıqlandı

ABŞ-da ötən həftə hava nəqliyyatının fəaliyyətində ciddi pozuntulara səbəb olan texniki nasazlığın mənbəyi müəyyən edilib. Mütəxəssislər problemin yarandığı ehtimal edilən marşrutlaşdırıcı qurğunu aşkar edərək ətraflı araşdırma üçün laboratoriyaya göndəriblər.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın nəqliyyat naziri Şon Daffi məlumat verib.

Nazirin sözlərinə görə, hava hərəkətinin idarə edilməsi şəbəkəsinə məlumat ötürən və nasazlığın yaranmasında rol oynayan router müəyyən edilib.

Hazırda avadanlıq Floridada yerləşən “L3Harris” laboratoriyasında mütəxəssislər tərəfindən yoxlanılır. Araşdırmaya Federal Aviasiya Administrasiyasının (FAA) əməkdaşları ilə yanaşı, Federal Təhqiqat Bürosu (FTB) da cəlb olunub.

Daffi bildirib ki, əsas məqsəd problemin qurğunun quraşdırılması zamanı buraxılmış texniki səhvdən, yoxsa avadanlığın özündə yaranmış nasazlıqdan qaynaqlandığını müəyyənləşdirməkdir.

Xatırladaq ki, noyabrın 13-də FAA-nın hava hərəkətini idarə edən mərkəzlərində rabitə sistemində yaranan problem ABŞ üzrə uçuşların dörd saatdan artıq dayandırılmasına səbəb olmuşdu.

Nasazlıq nəticəsində cümə və şənbə günləri ölkə üzrə 10 mindən çox reys ləğv edilib. Hadisə ABŞ aviasiyasında son 25 ilin ən ciddi uçuş pozuntularından biri kimi qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*