Kanadanın Monreal şəhərində təhsil xərclərinin və yaşayış qiymətlərinin artmasına qarşı keçirilən tələbə etirazlarından sonra bir neçə nəfər saxlanılıb.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “CityNews” yazıb.
Bildirilir ki, nümayiş zamanı vəziyyətin gərginləşməsi nəticəsində bəzi binaların pəncərələri sındırılıb, avtomobillərə və obyektlərə ziyan dəyib.
Monreal polisi hadisələrlə əlaqədar üç nəfərin saxlanıldığını açıqlayıb. Onlardan ikisi polis əməkdaşına silahlı hücumda şübhəli bilinir.
Tələbələr universitet və kolleclərə ayrılan maliyyənin artırılmasını, təhsil yardımı proqramlarının yenilənməsini, əlçatan mənzil imkanlarının genişləndirilməsini və ödənişsiz təcrübə proqramlarının ləğvini tələb edirlər.
